15 
Iyl
2022
19:23
655

Gürcüstan prezidenti parlamentin növbədənkənar iclasını çağırmasının səbəbini açıqladı

Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin növbədənkənar iclasını çağırmasının səbəbini açıqlayıb.

InterPress.ge xəbər verir ki, onun brifinqdə qeyd etdiyinə görə, o, bu qərarı "təzyiq" nəticəsində verməyib.

Prezident həm müxalifəti, həm də çoxluğu Parlamentin fəaliyyəti ilə tam məşğul olmağa çağırıb.

"Hər kəsə bildirmək istəyirdim ki, sessiyanı nəzərdə tutan sərəncamı imzalamışam. İstəyirəm ki, ictimaiyyət niyə imza atdığımı başa düşsün. Əvvəla, açıq şəkildə bildirmək istəyirəm ki, mən heç bir "təzyiq" altında imza atmıram. Düşünürəm ki, hamı bunu çox yaxşı bilir.  Mən sərəncamı imzaladım, çünki hesab edirəm ki, bu gün ölkənin üzləşdiyi ən böyük problem Avropa Komissiyasından aldığımız 12 bəndlik tövsiyədir. Biz bunu 6-7 ay və ya hər hansı bir müddətdə bitirməliyik. Ona görə də hesab edirəm ki, sessiya vacibdir.

Mən hamını, müxalifəti də, çoxluğu da hər şeydə tam iştirak etməyə çağırıram. Biz hər cür səy göstərməliyik ki, məqbul olan qanunları vaxtında qəbul edək. Bütün məsələlər, ilk növbədə, depolarizasiya məsələsi dialoq yolu ilə, parlamentdə olmaqla həll olunmalıdır.
Bu ölkənin yeganə perspektivi bizim qəbul etdiyimiz Avropa perspektividir və heç kimin bizi bu yoldan yayındırmağa haqqı yoxdur”, - Zurabişvili bildirib.

Məlumat üçün bildirək ki, parlamentin birinci vitse-spikeri Qia Volski daha əvvəl bildirmişdi ki, prezident parlamentin növbədənkənar iclasını çağırmamalıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər