15 
Iyl
2022
13:03
1401

Gürcüstanda yaşayış minimumu rekord həddə çatıb - Statistika

2022-ci ilin iyun ayında əvvəlki ayla müqayisədə yaşayış minimumu 10,2 lari artıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidmətindən məlumat verilib.

 Məlumata əsasən, ötən ay əmək qabiliyyətli şəxs üçün yaşayış minimumu 255,3 lari olduğu halda, 2022-ci ilin mayında bu rəqəm 245,1 lari olub.

2021-ci ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin iyun ayında əmək qabiliyyətli şəxs üçün yaşayış minimumu 40,8 lari artıb. 2021-ci ilin iyun ayında yaşayış minimumu 214,5 lari idi.

Bundan əlavə, Geostatın məlumatına əsasən, iyunda may ayı ilə müqayisədə orta istehlakçının yaşayış minimumu 9,1 lari artaraq 217 lari əvəzinə 226,1 lari olub. 2021-ci ilin eyni dövrünə gəldikdə isə, 2021-ci ilin iyun ayında istehlakçının orta yaşayış minimumu 190 lari təşkil edib.

 Məlumat üçün qeyd edək ki, yaşayış minimumu minimum ərzaq səbəti əsasında müəyyən edilir. Minimum ərzaq səbəti əmək qabiliyyətinə malik olan şəxsin normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qidanın miqdarını, onun tərkib elementlərinin (zülallar, yağlar və karbohidratlar) minimum miqdarını və kaloriləri özündə əks etdirən müəyyən edilmiş normativ qida səbətidir.
 

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər