Polis qrup halında fahişəliyi təbliğ etmək və fahişəlik üçün yer vermək faktına görə 9 nəfəri saxladı
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Şöbəsinin əməkdaşları Baş Prokurorluq ilə birgə həyata keçirilən kompleks əməliyyat və istintaq tədbirləri nəticəsində cinayətkar dəstənin 9 üzvünü saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumdan verilən məlumata görə, 1980-ci il təvəllüdlüdü Q. F., 1968-ci il təvəllüdlü K.M., 1960-cı il təvəllüdlü M.L. , 1981-ci il təvəllüdlü A. M., 1978-ci il təvəllüdlü L.M., 1968-ci il təvəllüdlü İ.B., 1978-ci il təvəllüdlü T.B., 2000-ci il təvəllüdlü Q.Ç. və 1976-cı il təvəllüdlü Q.M. fahişəliyi təbliğ etmək və fahişəlik üçün yer vermək ittihamı ilə qrup halında saxlanılıblar.
İstintaq müəyyən edib ki, fahişəliklə məşğul olan qadınlar Tbilisidə yerləşən “Sabudara” və “Arqo” mehmanxanalarında, eləcə də müəssisənin barlarında sistematik olaraq toplaşıblar və Q.S. və administrasiya əməkdaşlarının göstərişi ilə otelə gələn şəxslərə müəyyən məbləğdə pul müqabilində cinsi xidmət göstərilib.
İstintaq onu da müəyyən edib ki, “Arqo” və “Sabudara” otellərinin inzibatçıları cinsi xidmət tələb edən kişilərlə fahişəlik edən qadınların bir-biriylə əlaqə saxlamasına kömək ediblər. Bu məqsədlə onlar mehmanxana otaqlarını saatlarla icarəyə götürüblər, mühafizəçilər fahişəliklə məşğul olan qadınların təhlükəsizliyini qoruyub, zərurət yaranarsa, sözügedən qadınların və müştərilərinin avtomobillə daşınmasını təmin ediblər. Cinayətkar qrupun üzvləri fahişəliyi təbliğ etməklə və fahişəlik üçün yerlər verməklə külli miqdarda gəlir əldə ediblər.
Axtarış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları sübut kimi külli miqdarda pul götürüblər.
İş Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsinin 1-ci və 2-ci hissələri, habelə 3-cü hissəsin "a" bəndi ilə araşdırılır ki, bu da mütəşəkkil dəstə tərəfindən fahişəliyin təşviqi və fahişəlik üçün yerlərin verilməsini nəzərdə tutur.
Cinayətlər 4 ildən 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


