Tamar Qabunia: "Dünyanın aparıcı Xəstəliklərə Nəzarət Mərkəzlərinin heç biri 18 yaşdan yuxarı insanlara ikinci "buster" dozasının universal istifadəsini tövsiyə etməyib"
"COVID-19-a qarşı əlavə "buster" dozası ilə bağlı ABŞ və Avropadakı Xəstəliklərə Nəzarət Mərkəzləri vurğulayırlar ki, 50 yaşdan yuxarı və xroniki xəstəliyi olanlar üçün ikinci gücləndirici doza tövsiyə olunur - indiyə qədər bu təşkilatların heç biri 18 yaşdan yuxarı insanlara ikinci “buster” dozasının universal istifadəsini tövsiyə etməyib".
InterPress.ge xəbər verir ki, bu barədə işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Tamar Qabunia məlumat verib.
Onun bəyan etdiyinə görə, Gürcüstan Səhiyyə Nazirliyi protokola uyğun hərəkət edir və buna əsasən, 50 yaşdan yuxarı və xroniki xəstəlikləri olan şəxslər, həmçinin tibb işçiləri üçün əlavə “buster” dozasına icazə verilir.
Nazir müavininin qeyd etdiyinə görə, xaricə səfər edənlər bu halda istisnadır və səfər etdiyi ölkə əlavə "buster" dozasının tətbiqi tələb etdikə yaşından asılı olmayaraq ikinci gücləndirici doza ilə peyvənd edilməyə icazə verilir.


