InterPress.ge xəbər verir ki, məlumatı Tbilisi meriyası yayıb.
İşlər əsasən Tamar Mepe prospekti ilə Ağmaşenebeli prospektinin kəsişməsindəki yol hissəsində aparılacaq.
İşlər zamanı mövcud yol adalarının, piyada səkilərinin və avtomobil yolunun yenidən qurulması və müasirləşdirilməsi işləri aparılacaq.
Zəruri hallarda yolun hərəkət hissəsi yalnız gecə saat 00:00-dan 06:00-a kimi bağlanacaq.
Nəqliyyat vasitələri üçün hərəkət istiqamətləri dəyişməz olaraq qalacaq.
