Mixeil Saakaşvilinin xəstəlik tarixçəsi xarici ekspertlərə göndərildi
Mixeil Saakaşvilinin xəstəlik tarixçəsi xarici ekspertlərə göndərilib.
InterPress.ge xəbər verir ki, bu barədə vəkil Şalva Xaçaburidze məlumat verib.
Onun sözlərinə görə, o, bu gün Mixeil Saakaşviliyə ekspert büroları haqqında məlumat verəcək və bundan sonra tərəflər Mixeil Saakaşvilinin ekspertizasının aparılmasını hansı ekspert bürosuna həvalə edəcəklərinə birgə qərar verəcəklər.
Şalva Xaçapuridze onu da qeyd edib ki, 30 ekspert bürosundan 3-ü seçilib və onlar Amerikada ilk onluğa daxildir.
"Danışıqlar apardığımız ekspert bürosu dünya reytinqlərinin ilk yeddiliyindədir. Mən bu gün bu barədə Mixeil Saakaşviliyə məlumat verməliyəm. O, təsdiq edərsə, təsdiqlə bağlı ekspertiza bürosuna deyəcəyik. Biz 30 ekspert bürosundan razılıq almışıq, onlardan 15-i Avropadadır. Bizim üçün vacibdir ki, müəyyən vaxt çərçivəsində gəlib müayinə keçirsinlər. Biz Amerikada ilk onluğa daxil olan 3 ekspert bürosu seçdik”, - Xaçapuridze deyib.


