14 
Iyl
2022
13:42
512

Karl Harçel: " Aİ Gürcüstandan eynicinsli nikahların qanuniləşdirilməsini tələb etmir"

"Avropa İttifaqı Gürcüstandan eynicinsli nikahların qanuniləşdirilməsini tələb etmir. Avropa İttifaqı çərçivəsində ailə hüququ Aİ ölkələrinin səlahiyyətində qalır və buna görə də nikahla bağlı qaydalar Aİ-yə üzv dövlətlər tərəfindən fərdi qaydada müəyyən edilir".

lnterPress.ge xəbər verir ki,  Aİ-nin Gürcüstandakı səfiri Karl Harçel vətəndaşların, əgər siz Gürcüstanın tarixini bilirsinizsə və onun adət-ənənələrinə hörmət edirsinizsə, niyə hökumətdən eynicinsli nikahların qanuniləşdirilməsini tələb edirsiniz, sualına belə cavab verib.

Harçelin sözlərinə görə, Aİ-nin bütün üzv dövlətlərdən tələb etdiyi şey ayrı-seçkiliyin qadağan edilməsi və cinsi azlıqlar da daxil olmaqla bütün növlərin qorunmasıdır.

“İnsan hüquqlarına, o cümlədən azlıqlara mənsub şəxslərin hüquqlarına hörmət və müdafiə insan ləyaqəti, azadlıq, demokratiya və bərabərlik prinsiplərinə möhkəm inama əsaslanan Avropa İttifaqının əsas dəyəridir, hansı ki,  bu Avropa İttifaqına daxil olmaq istəyənlər üçün nəzərdə tutulmalıdır”, - deyə Harçel bildirib.

“Vətəndaşları zorakılıqdan qorumaq, hər kəsin söz və sərbəst toplaşmaq hüququnu təmin etmək Avropa İttifaqının və heç şübhəsiz, istənilən demokratiyanın əsas dəyərlərindəndir. Bu hüquqları istisnasız olaraq qorumaq hüquq-mühafizə orqanlarının məsuliyyəti və borcudur. Gürcüstanın Avropa İttifaqına qoşulması kontekstində hökumətin bütün vətəndaşlar, o cümlədən azlıqlar üçün bu hüquqları bərabər şəkildə qorumağa hazırlığı və bacarığı qiymətləndiriləcək”, - deyə Harçel qeyd edib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər