14 
Iyl
2022
13:33
538

Qardabani Bələdiyyəsi ilə Azərbaycan Respublikasının Ağstafa rayonu arasında əməkdaşlıq memorandumu imzalandı

Qardabani bələdiyyəsi ilə Azərbaycan Respublikasının Ağstafa rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb.  

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Qardabani bələdiyyəsinin meriyası yayıb.

Məlumata görə, Bakıya səfəri çərçivəsində Qardabani bələdiyyəsinin meri Davit Karqareteli və Ağstafa rayon icra hakimiyyətinin başçısı Seymur Orucov iki şəhər arasında dostluq memorandumu imzalayıblar. Tərəflər arasında qarşılıqlı əməkdaşlıq memorandumu müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, turizm, sənaye və ətraf mühitin mühafizəsi sahələrində problemlər və nailiyyətləri bölüşmək məqsədi daşıyır.

“Azərbaycan Respublikasına səfər çərçivəsində Kvemo Kartli bələdiyyələrinin merləri Qiorqi Doxturişvilinin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan respublikasının ali icra və qanunvericilik orqanında yüksək səviyyəli görüşlər keçiriblər. Xatırladaq ki, oxşar tipli qarşılıqlı əməkdaşlıq memorandumu bir neçə həftə əvvəl Qardabani bələdiyyəsi ilə Polşa Respublikasının Çervionka şəhəri arasında dostluq yaratmaq məqsədilə imzalanıb”, - məlumatda deyilir.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər