Bu gün Tbilisi vaxtı ilə saat 11:22-də Laqodexidən 15 km şimal-qərbdə, Gürcüstan-Rusiya sərhədi yaxınlığında zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Seysmik Monitorinq Mərkəzi yayıb.
Məlumatda qeyd olunur ki, zəlzələnin gücü 3,2 bal təşkil edib.
