13 
Iyl
2022
23:39
451

Qiuli Alasania oğlu Mixeil Saakaşvilinin səhhəti ilə bağlı açıqlama verdi

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniyanın sözlərinə görə, Saakaşvili bu gün özünü əvvəlki günlərlə müqayisədə daha zəif hiss edib.

InterPress.ge xəbər verir ki, Qiuli Alasania "Vivamed" klinikasında ona baş çəkdikdən sonra jurnalistlərə bildirib ki, Saakaşvilinin qusması, halsızlığı var və əsasən yataqdadır.

"Onun səhhətinin yaxşı və ya pis olması hələ də qidalanma ilə bağlıdır. Pis görünür. Həkimlər də onun yanında mənə deyə bilmədilər təklikdə dedilər ki, yaxşı deyil.Yemək pəhrizlidir, bir qayda olaraq, orda heç bir dəyişiklik olmayıb. O, əsasən uzanır. Özünü ümidli hiss edir. Mən də hansısa qərarın veriləcəyini gözləyirəm”, - Alasaniya bildirib.

Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı xarici həkimlərin cəlb olunmasına gəlincə, Qiuli Alasania təsdiqləyib ki, bu mövzuda danışıqlar aparılır.

"Biz xarici həkimləri gözləyirik, bildiyimə görə, danışıqlar prosesi davam edir"- Alasania deyib.

Onun sözlərinə görə, ailə hələ də Mixail Saakaşvilinin müalicə üçün xaricə köçürülməsini tələb edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər