13 
Iyl
2022
19:36
489

Azərbaycanla Gürcüstan şəhərlərinin qardaşlaşması haqqında memorandumlar imzalandı

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda səfərdə olan Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, Kvemo Kartli regionunun qubernatoru ilə ölkələrimiz arasında uğurlu əməkdaşlığın iqtisadi və ticarət əlaqələrimizin inkişafına faydaları və perspektivlər barədə fikirlər bölüşülüb.

"Giorgi Doxturişvilinin ölkəmizə səfəri çərçivəsində Şəmkir-Marneuli, Ağstafa-Qardabani, Göygöl-Bolnisi və Daşkəsən-Dmanisi şəhərləri arasında imzalanmış qardaşlaşma haqqında anlaşma memorandumları əlaqələrimizin möhkəmləndirilməsi və inkişafına mühüm töhfədir".

Qeyd edək ki, Azərbaycanın Şəmkir, Ağstafa, Göygöl və Daşkəsən şəhərləri Gürcüstanın müvafiq olaraq Marneuli, Qardabani, Bolnisi və Dmanisi şəhərləri ilə qardaşlaşacaq.

Bizimlə əlaqə saxlayın