13 
Iyl
2022
14:50
601

İxrac və idxal artıb - Statistika

2022-ci ilin yanvar-iyun aylarında Gürcüstanda mallarla xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət olmadan) 8 467,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,2 faiz çoxdur.

InterPress.ge xəbər verir ki, bu, Milli Statistika Xidmətinin hesabatında qeyd olunub.

Məlumata görə, ixrac 2 548,7 milyon ABŞ dolları (35,1 faiz çox) idxal isə 5 918,9 milyon  ABŞ dolları (35,3 faiz çox) təşkil edib.

Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin yanvar-iyun aylarında mənfi ticarət saldosu 3 370,2 milyon ABŞ dolları və xarici ticarət dövriyyəsinin 39,8 faizini təşkil edib.

Tam versiyaya baxın: https://www.geostat.ge/ka/single-news/2580/sakartvelos-sagareo-vachroba-2022-tslis-ianvari-ivnisi-ekspres-monatsemebi

Bizimlə əlaqə saxlayın