Marneulinin mərkəzi Rustaveli küçəsində qəza baş verib.
InterPress.ge xəbər verir ki, Hundai markalı avtomobil velosipedlə hərəkət edən 15 yaşlı uşağı vurub.
Şahidlərin verdiyi məlumata görə, uşaq velosipedlə avtomobil yolu ilə hərəkət edən zaman park vəziyyətdə olan avtomobil hərəkət edib və uşaq velosipedlə avtomobilə çırpılıb.
Qəza nəticəsində uşaq kiçik xəsarətlər alıb. Hadisə yerinə təcili tibbi yardım və polis cəlb olunub.

