12 
Iyl
2022
10:42
1427

Seysmoloq Gürcüstanda son 13 saat ərzində baş verən ardıcıl 9 zəlzələ ilə bağlı müraciət paylaşdı

Gürcüstanda son 13 saat ərzində baş verən ardıcıl 9 zəlzələdən sonra cəmiyyəti panika bürüyüb.

InterPress.ge xəbər verir ki, seysmoloq Tea Qodoladze bununla bağlı açıqlama verib.

O, ölkədə vulkan püskürmədiyini və Qafqazın ümumilikdə seysmik aktiv ölkə olduğunu söyləyib.

“Əzizlərim, Cavaxetiyada heç bir vulkan püskürməyəcək.  Biz həmişə demişik və deyirik ki, Gürcüstan və Qafqaz seysmik cəhətdən aktiv ölkədir və müvafiq olaraq regiondur. Bəli, bizdə çoxlu zəlzələlər olub və olur.  Tektonik zəlzələləri süni şəkildə idarə etmək və törətmək mümkün deyil", - seysmoloq deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər