12 
Iyl
2022
10:35
878

Ağır yol-nəqliyyat hadisəsi nəticəsində 25 yaşlı gənc oğlan həyatını itirdi

Xaşuri-Borjomi yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.

InterPress.ge xəbər verir ki, hadisə Xaşurinin çıxışında, “Diaoxi” restoranının yaxınlığında baş verib.

Magistral yolda hərəkətdə olan qoşqu avtomobillə toqquşub.  Qəza nəticəsində avtomobilin sürücüsü, Xaşuridə yaşayan 25 yaşlı gənc oğlan ağır bədən xəsarətləri alıb.  Yaralı xəstəxanaya aparılana qədər ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər