12 
Iyl
2022
10:26
2781

Hökumətin iclasında yeni qərar qəbul edildi - Bu qaydalar sərtləşdirildi

Hökumətin iclasında Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Ətraf mühitə dəymiş ziyana görə pul kompensasiyası qaydalarının təsdiq edilməsi üzrə texniki reqlament” layihəsi qəbul edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, layihə Gürcüstanın “Ekoloji məsuliyyət haqqında” qanununa uyğun olaraq hazırlanıb və onun məqsədi ətraf mühitə dəymiş zərərin hesablanması qaydalarını və ətraf mühitə dəymiş ziyanın səviyyəsi qanunla müəyyən edilmiş əhəmiyyətli zərərin meyarlarına uyğun gəlmədikdə, ətraf mühitə dəymiş zərərin hesablanması və vurulmuş zərərin pul kompensasiyası qaydalarını müəyyən etməkdir. 

Bundan başqa, hökumətin qərarına əsasən, müəyyən hallarda ətraf mühitə dəymiş ziyanın hesablanması qaydaları sərtləşdirilir. O cümlədən, meşə ehtiyatlarından, habelə heyvan növlərindən qanunsuz istifadə zamanı ətraf mühitə dəymiş zərərin hesablanması qaydaları sərtləşdirilib və terminlər Gürcüstanın Meşə Məcəlləsinə uyğun olaraq düzəldilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər