Ğaribaşvili: "Gürcüstan açıq büdcə indeksinə görə dünyada birinci yerdədir"
"Gürcüstan açıq büdcə indeksinə görə dünyada birinci yerdədir".
lnterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili bildirib.
Baş nazirin sözlərinə görə, “bütün bunlar hökumətin və hakim partiyanın böyük əməyinin nəticəsidir”.
"Gürcüstan büdcə şəffaflığı baxımından birinci yeri tutub. Bu, hökumətimizin işinin nəticəsidir. Onu da bildirmək istəyirəm ki, bir müddət əvvəl Beynəlxalq Valyuta Fondu öz ilkin qiymətləndirməsini və proqnozlarını dərc edib. Burada da 190 ölkə arasında ABŞ dolları ilə ifadə olunan artım tempinə görə Gürcüstanın 100 nəfərə düşən ümumi daxili məhsulu dünyada üçüncü, Gürcüstanın mövqeyi isə Avrasiya qitəsində birinci yerdə qərarlaşıb. Adambaşına düşən ümumi daxili məhsul növbəti 6 il ərzində iki dəfə artacaq və onların hesablamalarına görə, 2027-ci ilə qədər 9000 dolları keçəcək. Burada çox qısa şəkildə demək istəyirəm ki, bütün bunlar hökumətimizin və komandamızın, hakim partiyanın böyük əməyinin nəticəsidir”, - deyə Ğaribaşvili qeyd edib.


