11 
Iyl
2022
14:34
360

Tbilisidə polis əməkdaşının dörd nəfər tərəfindən döyüldüyü iddia olunur

Tbilisidə polis əməkdaşının dörd nəfər tərəfindən döyüldüyü iddia olunur.

InterPress.ge xəbər verir ki, məlumata görə, polis idarəsinin yaxınlığında polis məmuruna dörd nəfər hücum edib.

Versiyalardan birinə görə, sərxoş vəziyyətdə olan şəxslərin polisin onlara göstəriş verməsi xoşuna gəlməyib.

Şifahi mübahisə fiziki qarşıdurmaya çevrilib. Daxili İşlər Nazirliyi aptek və mağazalardan müşahidə kameralarının qeydlərini götürüb.

"Müvəkkilim polis əməkdaşına müqavimət və fiziki təzyiq göstərməkdə ittiham olunur, buna baxmayaraq, o, bunu qəbul etmir və özünü təqsirli bilmir.

Əgər səni həqiqətən döyüblərsə, sıxıblarsa, jiletini çəkiblərsə, “paqonlarını” çıxarıblarsa, niyə aptekə gedirsən, niyə qeydləri silirsən?! Ən çoxu hansısa xırda xuliqanlıq olub”, - vəkil deyib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər