11 
Iyl
2022
13:15
750

Külli miqdarda dövlət əmlakını dələduzluq yolu ilə ələ keçirmə faktı ilə bağlı 6 nəfər cinayət məsuliyyətinə cəlb edildi

Saxta sənədlər hazırlayıb istifadə etməklə külli miqdarda dövlət əmlakını dələduzluq yolu ilə mənimsəmə və vəzifəsindən sui-istifadə faktları üzrə biri keçmiş dövlət qulluqçusu olmaqla toplam 6 nəfər barəsində cinayət işi başlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.

Məlumata görə, istintaq müəyyən edib ki, 2021-ci ildə Mtsxeta-Mtianeti bölgəsində təqsirləndirilən şəxslər saxta sənədlərdən istifadə edərək bələdiyyələrdən birinin nümayəndəsinin köməyi ilə 309 576 lari dəyərində sahəsi 2 256 m² olan iki torpaq sahəsini dələduzluq yolu ilə qeydiyyatdan keçiriblər.

Həmçinin təqsirləndirilən şəxslər tərəfindən sahəsi 6217 m² olan 5 torpaq sahəsinin dövlət qeydiyyatına alınması məqsədilə dövlət reyestrinə saxta sənədlər təqdim edilib, ancaq operativ və effektiv istintaq tədbirləri nəticəsində bunun qarşısı alınıb.

Qanunsuz olaraq alınmış torpaq sahələrinin dövlət mülkiyyətinə qaytarılması istiqamətində müvafiq prosedurlar həyata keçirilir.

Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi, 362-ci maddəsinin 2-ci hissəsi və 341-ci maddəsi ilə istintaq davam etdirilir ki, burada da 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər