10 
Iyl
2022
22:04
1970

Gürcüstana ən çox bu ölkədən turist gəlib

Bu ilin iyun ayında Gürcüstana 445 894 beynəlxalq səyahətçi səfər edib. Bunlardan digər səfərlər (qeyri-turizm) - 58 113, beynəlxalq ziyarətçilər tərəfindən edilən səfərlər isə 387 781 olub. 

InterPress.ge xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb.

Beynəlxalq ziyarətçilərin səfərlərinə görə, ilk 15 ölkə belə görünür:

Rusiya - 90 239 ziyarətçi;
Türkiyə - 62 192 ziyarətçi;
Ermənistan - 61 974 ziyarətçi;
Gürcüstan (qeyri-rezident) – 22 143 ziyarətçi;
İsrail - 20 555 ziyarətçi;
Ukrayna - 15 273 ziyarətçi;
Qazaxıstan - 14 368 ziyarətçi;
Azərbaycan - 13 067 ziyarətçi;
Belarusiya - 12 284 ziyarətçi;
Səudiyyə Ərəbistanı - 10 372 ziyarətçi;
İran - 9454 ziyarətçi;
Özbəkistan - 5697 ziyarətçi;
Almaniya - 5557 ziyarətçi;
Polşa - 3907 ziyarətçi;
ABŞ - 3 195 ziyarətçi.

Bizimlə əlaqə saxlayın