Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

İrakli Ğaribaşvili: Bizim üçün əsas motivasiya Gürcüstanın Avropa Birliyinə üzv olmasıdır

473
İrakli Ğaribaşvili: Bizim üçün əsas motivasiya Gürcüstanın Avropa Birliyinə üzv olmasıdır
Dinləmək üçün basın

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, Gürcüstan və Avstriya iqtisadiyyat, ticarət və təhlükəsizlik sahəsində əməkdaşlıq kimi bütün istiqamətlərdə qarşılıqlı əməkdaşlığı daha da dərinləşdirmək və…

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, Gürcüstan və Avstriya iqtisadiyyat, ticarət və təhlükəsizlik sahəsində əməkdaşlıq kimi bütün istiqamətlərdə qarşılıqlı əməkdaşlığı daha da dərinləşdirmək və gücləndirmək üçün böyük potensiala malikdir.

InterPress.ge xəbər verir ki, bu barədə İrakli Ğaribaşvili Avstriya Respublikasının Federal Kansleri Karl Nehamerlə birgə brifinqdə bildirib.

“Çox sağ olun, cənab kansler, hörmətli həmkarım.  Mən ilk növbədə dəvətə görə təşəkkür etmək istəyirəm, bu mənim Avstriyaya ilk rəsmi səfərimdir və buna görə çox şadam. Bu gün burada olmaq mənim üçün böyük şərəfdir, sizə demək istəyirəm ki, biz Avstriya ilə dostluğu, əlaqələri, əməkdaşlığı çox yüksək qiymətləndiririk. Biz kansler ilə növbəti aylarda və illərdə diqqət mərkəzində saxlamalı olduğumuz prioritet sahələr barədə danışdıq. İstər iqtisadiyyat, istər ticarət, istərsə də təhlükəsizlik sahəsində əməkdaşlıq olsun, bütün istiqamətlərdə qarşılıqlı əməkdaşlığımızı daha da dərinləşdirmək və gücləndirmək üçün böyük potensialımız var”, - deyə İrakli Ğaribaşvili bildirib.

Hökumət başçısının qeyd etdiyinə görə, gürcülər ümumi Avropa dəyərlərini bölüşürlər və əsas motivasiya Gürcüstanın Avropa İttifaqına üzv olmasıdır.

“Mən həm də fəxrlə qeyd etmək istəyirəm ki, bu il biz diplomatik münasibətlərin bərpasının 30-cu ildönümünü qeyd edirik, ona görə də dəvətə görə cənab kansler, sizə bir daha təşəkkür etmək istəyirəm.

Cənab kanslerin qeyd etdiyi kimi, biz, gürcülər üçün çox vacib dövrdür, biz Avropa Komissiyasının qərarını gözləyirdik. Avropa Şurasının qərarını Avropa liderlərinin özləri də bəyan etdikləri kimi, tarixi bir qərar kimi qiymətləndirmək olar. Biz gürcülər ümumi Avropa dəyərlərini paylaşırıq, bizim üçün əsas motivasiya odur ki, Gürcüstan Avropa İttifaqının üzvü, böyük Avropa ailəsinin üzvü olan ölkəyə çevrilsin. Onu da qeyd etmək istərdim ki, təbii ki, bizə Avropa perspektivinin verilməsi bu illər ərzində əldə edilmiş tərəqqinin nəticəsidir və biz bunu çox yüksək qiymətləndiririk”, - deyə baş nazir bildirib.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →