08 
Iyl
2022
15:27
1309

Daxili İşlər Nazirliyi xüsusi bəyanat yaydı

Daxili İşlər Nazirliyinin Strateji Kommunikasiyalar İdarəsi mətbuatda yayılan məlumatlara cavab verib və Pankisi vadisində vətəndaşlardan birinin ölümünə “polis pikapı”nın səbəb olmasını böhtan adlandırıb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

“Axmeta bələdiyyəsinin Sakobiano kəndində baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsi Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma aparır.

Polisə daxil olan məlumatda bildirilir ki, bu il iyunun 28-də 1975-ci il təvəllüdlü A.Ç. öz qardaşı tərəfindən Sakobiano kəndinin magistral yolunda sərxoş vəziyyətdə tapılıb və onda müxtəlif bədən xəsarətləri qeydə alınıb. O, eyni gecə ailə üzvü tərəfindən yaşayış evinə aparılıb və səhər saatlarında orada ölü tapılıb.

Faktla bağlı polisə məlumat daxil olan kimi əməliyyat-axtarış tədbirlərinə başlanılıb, müvafiq məhkəmə-tibb ekspertləri təyin edilib, indiyədək istintaq-əməliyyat tədbirləri intensiv şəkildə davam etdirilir.

Bir daha vurğulayırıq ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsində polis nəqliyyatının iştirakı təsdiqini tapmayıb.

Qeyd olunan faktla bağlı araşdırmalar bitmədən vətəndaşın polis maşınının onu vurması nəticəsində ölməsi barədə məlumatları yayması ictimaiyyəti qəsdən çaşdırmaqdır”, - deyə məlumatda vurğulanıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər