"Gürcü Arzusu"nun sədri Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusunu aldıqdan sonra seçkilərin bu cür keçiriləcəyini açıqladı
Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusunu aldıqdan sonra 2024-cü il və ondan sonrakı parlament seçkiləri tam proporsional sistem və 2 faizlik seçki baryeri ilə keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlama verib.
“Avropa İttifaqının dekabrda Gürcüstana namizəd statusu verməsindən sonra Gürcüstan parlamenti hər üç oxunuşda konstitusiya qanunu qəbul edəcək, ona görə 2024-cü il və ondan sonrakı parlament seçkiləri tam proporsional sistemlə və 2%-lik bariyerlə keçiriləcək. Biz bu siyasi öhdəliyi Avropa Şurası və Avropa Komissiyası qarşısında parlament çoxluğu va siyasi şura adı ilə qəbul edirik. Biz qəti şəkildə inanırıq ki, Gürcüstana namizəd statusunun verilməsi ölkədə qütbləşmə dərəcəsini azaltmağa kömək edəcək, bundan sonra 2%-lik seçki baryeri ilə tam proporsional seçki sistemi 2024-cü ildə ölkə üçün optimal siyasi vəziyyət yaradacaq. Əminəm ki, biz “Milli Hərəkat”ı 2024-cü ildə öz peykləri ilə hətta 2%-lik hədd şəraitində də məğlub edəcəyik”, - Kobaxidze bildirib.
İrakli Kobaxidzenin sözlərinə görə, baryerin aşağı salınması Aİ-dən namizəd statusu almaq üçün ilkin şərt kimi göstərilməyib və bu, “Gürcü Arzusu”nun siyasi qərarıdır.


