06 
Iyl
2022
10:48
799

İrakli Kobaxidze: Dekabrda namizəd statusunu alsaq, 2032-2034-cü illərdə Avropa İttifaqına üzv ola bilərik

"Yaxşı təcrübə odur ki, üzv olmaq üçün namizəd statusunu aldıqdan sonra təxminən 12-14 il vaxt lazımdır, ona görə də bizim perspektivimiz var ki, dekabrda namizəd statusunu alsaq, haradasa Avropa İttifaqına 2032-2034-cü illərdə üzv ola bilərik".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Gürcüstanın Birinci Kanalının “Azad baxış” verilişində bildirib.

“Ukrayna və Moldova ilə bağlı verilən proqnozlar optimist deyil və bunun bir çox səbəbləri var. Bizim daha çox optimizm üçün əsasımız var.  Ukrayna və Moldovaya bizdən əvvəl namizəd statusu verilməsinə baxmayaraq, siyasi səbəblərdən Ukrayna və Moldova bütün göstəricilərə görə Gürcüstandan xeyli geri qalır. Söhbət demokratiya, konstitusiya quruluşu, insan hüquqlarının müdafiəsi, korrupsiya ilə mübarizə, iqtisadi mühit, xarici ticarət və s.-dən gedir. Bütün bu istiqamətlərdə, obrazlı desək, biz Ukrayna və Moldovadan yüksəkdəyik. Ona görə də Ukrayna və Moldovaya namizəd statusunun nə vaxt verilməsinin əhəmiyyəti yoxdur. Biz Avropa Birliyinə daha tez üzv ola bilərik.  Əgər Ukrayna ilə bağlı söhbət 2050-ci ildən gedirsə, yaxşı təcrübə odur ki, namizəd statusunu aldıqdan sonra üzv olmaq üçün təxminən 12-14 il vaxt lazımdır. Yaxşı nümunədir ki, Monteneqro və Serbiya üçün proqnoz düz 12-14 ildir. Müvafiq olaraq, dekabrda namizəd statusunu alsaq, 2032-2034-cü illərdə Avropa Birliyinə üzv ola biləcəyimiz perspektivi var. Əlbəttə, bunun daha tez baş verəcəyinə ümid etmək lazımdır, amma həqiqətə baxsaq, praktika belədir - haradasa bütün bunlara 12-14 il vaxt lazımdır”, - Kobaxidze bildirib.

Onun sözlərinə görə, doğrudur, Aİ-yə üzvlük çox uzaq perspektivdir, lakin ölkənin konkret və aydın perspektivi var.

“Ona görə də, təbii ki, biz namizəd statusu almaq üçün hər şeyi etməliyik.  Bizə strateji səbr lazımdır, o cümlədən bu istiqamətdə və biz təbii ki, məhz belə hərəkət edəcəyik”, - Kobaxidze bildirib.

Kobaxidze həmçinin bildirib ki, Gürcüstan 2012-ci ildən bu günə kimi Avropaya inteqrasiya yolunda dörd nailiyyət əldə edib və ümid edir ki, on ildən sonra beşinci nailiyyəti olacaq.

"Assosiasiya sazişinin imzalanması, azad ticarət sazişinin imzalanması və viza rejiminin liberallaşdırılması çox vacib idi. Dördüncü nailiyyət bizə Avropa perspektivinin verilməsidir, beşinci isə dekabrda olacağına ümid etdiyimiz namizəd statusudur. Biz ardıcıl olaraq Avropa İttifaqına tamhüquqlu üzvlük məqsədinə doğru irəliləyirik”, - deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər