04 
Iyl
2022
16:31
439

Maliyyə naziri: İqtisadiyyat gözlədiyimizdən daha sürətlə bərpa olunur

"İqtisadiyyat gözlədiyimizdən daha sürətlə bərpa olunur".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili hökumət iclasının sonunda məlumat verib.

Xuçişvilinin izah etdiyinə görə, gözləntilər 6%-lik iqtisadi artımdan qat-qat yüksəkdir.

“May ayında 11,6% iqtisadi artım qeydə alındı, 5 aylıq iqtisadi artım isə 11,2% təşkil edib ki, bu da açıqladığımız müsbət gözləntilərlə müqayisədə xeyli yüksək göstəricidir.

Bilirsiniz ki, bu il bizdə 6% iqtisadi artım proqnozlaşdırılır. Bu, regionda hələ geosiyasi vəziyyət yaranmamışdan əvvəl proqnozlaşdırılmışdı.Təbii ki, bu, bizim planlarımızı dəyişdi, lakin ilk beş ayın məlumatlarına görə, iqtisadiyyatın bərpa tempi ötən ilin sonunda, bu ilin əvvəlində proqnozlaşdırdığımızdan daha sürətlə gedir. Bu istiqamətdə cari ilin büdcəsində dəyişiklik layihəsi olanda proqnozlarımıza yenidən baxa bilərik. Bu, yəqin ki, sentyabr ayında baş tutacaq.  Biz sektorlar üzrə iqtisadi inkişaf tempinə nəzarət edirik. Gözləntilər 6%-lik iqtisadi artımdan xeyli yüksəkdir.  Avqustun sonunda bizim cari il üçün müvafiq proqnozumuz olacaq”, - Xuçişvili qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər