04 
Iyl
2022
11:55
340

“Avropaya doğru” təşkilatçılarının rəhbərliyi ilə hökumət administrasiyası qarşısında keçirilən etiraz aksiyası başa çatıb

“Avropaya doğru” təşkilatçılarının rəhbərliyi ilə hökumət administrasiyası qarşısında keçirilən etiraz aksiyası başa çatıb.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları bu gün səhər saatlarında etirazlarını səs-küy, fit və qışqırıqlarla bildirməyə çalışıblar.

Aksiya iştirakçılarının sözlərinə görə, onların toplanmasında məqsəd hökumətin iclasında baş nazir İrakli Ğaribaşviliyə xalqın səsini eşitdirmək olub.

 “Utancdır” hərəkatının fəallarından olan Qiqa Makaraşvilinin jurnalistlərə verdiyi məlumata görə, aksiyanın təşkilatçıları bir araya gəlib etirazın gələcəkdə necə davam etdiriləcəyini müzakirə edəcəklər.

Aksiya təşkilatçılarının bildirdiyinə görə, bu gün başqa aksiya planlaşdırılmır.

Onun sözlərinə görə, “nə qədər çox insan qoşulsa, İvanişvili nə qədər çox xalqın səsini eşitsə, o, Ğaribaşvilini və hökumətini bir o qədər tez uzaqlaşdıracaq”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər