Marneulidə bir nəfər öldürülüb.
InterPress.ge xəbər verir ki, mövcud məlumata görə, kişinin odlu silahla vurulması ehtimalı var.
Hadisə bir neçə saat öncə baş verib və səbəbi hələlik məlum deyil.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı iki maddə, yəni qəsdən adam öldürmə 108-ci və odlu silahı qanunsuz olaraq alma, saxlama və gəzdirmə faktını nəzərdə tutan 236-cı maddə ilə cinayət işi başlanıb.
.jpg)