03 
Iyl
2022
21:24
390

"Evə-Avropaya" aksiyası Aİ, Ukrayna və Gürcüstan himnləri ilə başladı

Gürcüstan parlamentinin binası qarşısında vətəndaş cəmiyyətinin təşkil etdiyi aksiya - "Evə-Avropaya" Avropa İttifaqı, Ukrayna və Gürcüstan himnlərinin səsləndirilməsi ilə başlayıb.

Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, mədəniyyət və müxtəlif universitetlərin tələbələri vətəndaşlarla birlikdə aksiya ərazisindədirlər.

Onlardan bəzilərinin müxtəlif yerlərdən yürüş edərək, qışqıraraq, bayraqlar dalğalandıraraq aksiyaya qoşulması aksiya yerinə toplaşanların alqışları ilə müşayiət olunub.

Qeyd edək ki, bugünkü aksiyaya Gürcüstanın rayonlarından olan sakinlər də qoşulur.

Planlaşdırılan aksiya ilə əlaqədar əraziyə polis və təcili yardım qrupları səfərbər olunub.

İyunun 24-də keçirilən mitinqin təşkilatçıları baş nazir İrakli Ğaribaşvilinin istefasını və milli konsensus hökumətinin yaradılmasını tələb edib və bunun üçün hakimiyyətə bu gün başa çatan bir həftəlik möhlət verilmişdi. Məlum olduğu kimi, mitinq təşkilatçılarının qərarına əsasən, aksiya iştirakçıları bu gecə Parlamentin ərazisində qalmağı planlaşdırır.

Bizimlə əlaqə saxlayın