03 
Iyl
2022
10:22
467

Bu gün parlamentin qarşısında aksiya keçiriləcək

Vətəndaş cəmiyyətinin təşkilatçılığı ilə bu gün, iyulun 3-də parlamentin qarşısında aksiya keçiriləcək.  

InterPress.ge xəbər verir ki, aksiyanın iyulun 3-də, saat 20:00-da keçirilməsi barədə qərarı iyunun 24-də qanunverici orqanın qarşısına toplaşan mitinqin təşkilatçıları verib.

Mitinqin təşkilatçılarının elan etdiyinə görə, vətəndaş cəmiyyəti baş nazir İrakli Ğaribaşvilinin istefasını və milli konsensus hökumətinin yaradılmasını tələb edir, bunun üçün hökumətə bir həftəlik möhlət verilib və bu möhlət bu gün başa çatır.

Bundan əlavə, “Utancdır” hərəkatı iyulun 3-də Rustaveli prospektində bir gecəlik qalmağa hazırlaşdığını elan edib.

"Son günlər hökumətin atdığı addımlar sübut edir ki, oliqarx xalqın tələblərini yerinə yetirmək fikrində deyil, ona görə də iyulun 3-də saat 20:00-da Rustaveli prospektində yenidən görüşəcəyik!.

Hakimiyyəti güzəştə getməyə məcbur etmək üçün etirazımız daha da şiddətlənəcək, lakin mütləq dinc və qeyri-zorakı formada davam edəcək.  Ona görə də biz iyulun 3-də Rustaveli prospektində bir gecə qalmağa hazırlaşırıq ki, bunun da konkret məqsədi olacaq”, - “Utancdır”ın yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər