Parlament sədri: "Avropaya getmək istəyən bizə qoşulsun"
"Platforma parlamentdir, mövzular müəyyənləşdirilib, Avropanı istəyənlər gəlib işləməlidir".
InterPress.ge xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib.
"Bu, bizim təklifimizdir. Dünən bəzi müxalif siyasətçilərdən eşitdim və təəssüf ki, bəziləri radikal gündəmdə qalıb, amma görək onların prosesə qoşulması üçün hələ vaxt varmı? 12 tövsiyənin icrası hökumətin üzərinə düşür. Biz öz riskimizlə hərəkət edəcəyik. Avropaya getmək istəyən hər kəs bizə qoşulsun. Bu gün seçim sadədir, Avropanı istəyənlər bu təşəbbüsdə bizə qoşulmalıdırlar. Özü də bizə qoşulmayanlar Avropa Komissiyasının təkliflərini rədd etmiş kimi görünürlər. Platforma parlamentdir, mövzular müəyyənləşdirilib, Avropanı istəyənlər gəlib işləməlidirlər", - Papuaşvili bildirib.


