02 
Iyl
2022
18:11
3436

Marneulidə qarşıdurma yaşanıb

Marneuli bələdiyyəsinin Meriyası və Bələdiyyə Məclisinin əməkdaşları təbliğat flayerləri paylayayan şəxslərə qarşı çıxaraq iyulun 3-də planlaşdırılan aksiyanın qarşısını almağa çalışıblar. Yerli vətəndaş fəalları "Evə-Avropaya" vətəndaş hərəkatı çərçivəsində Marneuli bazarında flayerlər paylayarkən bir qrup şəxs onların qarşısını kəsərək ərazidən uzaqlaşmalarını xahiş edib.

 InterPress.ge xəbər verir ki, Marneuli meriyasının nümayəndəsi İrma Zarkua, meriyanın idarəçilərindən Rima Otaraşvili və "Alt-İnfo" yerli təşkilatının rəhbərlərindən biri Nana Donadze fəallıq nümayiş etdirib. 

İrma Zarkua Samirə Bayramovanı xaçın "təhqirini" bağışlamayacağı ilə hədələyib.

"Sən hansı hüquqla səsini çıxarırsan? Xaçları ("Alt-İnfo" partiyasının ofisinin pəncərələrini) hansı hüquqla boyamısan? Rədd ol", - İrma Zarkua vətəndaş fəalına müraciət edib.

Nana Donadze vətəndaş fəallarını “Milli Hərəkat”la eyniləşdirib və bu partiyanın hakimiyyəti dövründə siyasi motivlərlə həbs olunan birinin anası kimi onların hakimiyyətə qayıtmasına imkan verməyəcəyini bildirib. Vətəndaş fəalları, öz təbirincə, bələdiyyə nəzarəti əməkdaşları tərəfindən də şifahi təhqirlərə məruz qalıblar.
Vətəndaş fəalı Samirə Bayramova
 bildirib ki, aqressiv insanlar arasında şuranın ofisinin əməkdaşları da var.

"Bu xanımı şəxsi olaraq tanımıram, Alt İnfonun ofisini rənglədiyimə görə hələ də gəlib məndən hesab sormağa çalışır. Onun haranı təmsil etdiyini bilmirəm, ancaq ətrafımızda olan digər insanlar Alt İnfonun fəalları, Marneuli Meriyasının işçiləri, Bələdiyyə Məclisinin deputatları və həmçinin Marneuli və Hucabi Yeparxiyasının üzvləridir. Onlar çalışırlar ki, bizə mane olsunlar, lakin biz səhər saatlarından artıq məlumat xarakterli broşürləri paylamışıq", - deyə Samirə Bayramov bildirib.

 Aksiya iştirakçıları müxalifət telekanallarının jurnalistlərinə qarşı aqressivlik nümayiş etdirərək, onların dezinformasiyanın yayılmasına və sabitliyin pozulmasına töhfə verdiyini iddia ediblər.

Yalnız bir dəfə "Formula" teleşirkətinin jurnalistinə kişilərdən biri hədə-qorxu ilə yaxınlaşarkən polis müdaxilə edib.

"Siz Kezeraşvilinin qullarısınız. Marneulidən çıxın", - kişi jurnalistə müraciət edib.

Polis onu ərazidən uzaqlaşdırıb. Lakin vətəndaş fəalları polisin müşayiəti ilə ərazini tərk etmək məcburiyyətində qalıblar.

Vətəndaş fəallarına flayerlərin yayılmasının qarşısını almaq üçün qarşı çıxma halları ilk dəfə deyil. İyunun 30-da da bənzər hadisə yaşanmışdı - onlar 3 iyul mitinqinin flayerlerinin yayılmasına etiraz etdilər və Tbilisi Dövlət Universitetinin binasında tələbələrlə fiziki qarşıdurma yaşanmışdı.

Bizimlə əlaqə saxlayın