Kutaisidə kişi öz keçmiş həyat yoldaşını qətlə yetirdi
Bir neçə dəqiqə öncə Kutaisidə, Çavçavadze prospektində qətl hadisəsi baş verib.
InterPress.ge xəbər verir ki, kişi keçmiş həyat yoldaşını bıçaqla öldürüb. Qonşular baş verənlərdən danışırlar.
"Həyətdə yüksək səs eşitdik, getdik qapını sındırdıq və otaqda qan gölməçəsi var idi, meyitin baş və boğaz nahiyəsində bir neçə yara var idi, boğazı kəsilib. Qatil qaçmağa çalışdı, amma biz qapını bağladıq və qaçmağa imkan vermədik. Həmin vaxt polis də gəldi.
O, bu gün gəlib, uşağı götürüb, bacısının yanına aparıb qoyub, sonra geri dönüb, bundan sonra mənzildən qışqırıq səsləri eşidilib. Qonşular hadisənin baş verdiyi evə gəliblər və öldürülmüş gənc qadını görüblər”, - deyə qonşular bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin şəxs artıq tutulub.


