01 
Iyl
2022
15:47
1612

“Silknet” və “Magti” mövcud tariflərinin qiymətini artırır

“Silknet” limitsiz mobil internet paketlərinin qiymətini artırır.  

InterPress.ge xəbər verir ki, bu barədə məlumat şirkətin özünün saytında yayılıb.

O cümlədən, şirkətin verdiyi məlumata görə, iyulun 27-dən limitsiz mobil internet paketlərinin qiyməti 50 tetri - 2 lari aralığında artacaq.  Daha dəqiq desək, iyulun 27-dən etibarən limitsiz internet paketinin tarifləri aşağıdakı kimi olacaq:

1 günlük limitsiz internet paketi - 1,50 lari əvəzinə 2 lari;
 5 günlük limitsiz internet paketi - 6 lari əvəzinə 7 lari olacaq;
 30 günlük limitsiz internet paketi - 30 lari əvəzinə 32 lari olacaq

Qeyd edək ki, tarif dəyişikliyi “Magticom” şirkəti tərəfindən də elan edilib.  O cümlədən, “Magti” avqustun 3-dən zənglər, SMS, mobil internet, limitsiz internet paketləri və optik internet tariflərində dəyişiklik edəcək. “Magti” bahalı paketi dəyişmək istəyənlərə yalnız daha bahalı paket təklif edir, ucuz paketə dəyişməkdən imtina edir.

 

Bizimlə əlaqə saxlayın