Azərbaycan Respublikasının Prezidenti Gürcüstanın Baş nazirini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Gürcüstanın Baş naziri İrakli Ğaribaşviliyə zəng edib.
InterPress.ge xəbər verir ki, Azərbaycan Respublikasının başçısı İrakli Ğaribaşviliyə ad günü münasibətilə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
İrakli Ğaribaşvili göstərilən diqqətə və təbrikə görə İlham Əliyevə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və Baş nazir İrakli Ğaribaşvili iki ölkə arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edərək, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


