28 
Iyn
2022
14:25
408

Kaxa Kaladze Avropa Şurası Parlament Assambleyası üzvlərinin bəyanatı ilə bağlı: "Onların çağırışı mənim üçün heç bir əhəmiyyət kəsb etmir"

"Avropa Şurası Parlament Assambleyasının Mixeil Saakaşvili ilə bağlı bəyanatı mənim üçün heç bir əhəmiyyət kəsb etmir".

InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze deyib.

Kaladzenin sözlərinə görə, Saakaşvili sıravi məhbusdur və o, cəzasını çəkməli olacaq.  O bildirib ki, sabiq prezidentin hər hansı ehtiyacı varsa, penitensiar sistem məhbusun sağlamlığını və təhlükəsizliyini maksimum dərəcədə qorumaq üçün əlindən gələni edəcək.

“Onların çağırışları mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Mənim üçün əsas konstitusiya və qanunlardır.  Gürcüstanda humanitar məqsədlər üçün hər cür müalicə mümkündür. Ona görə də hər hansı əlavə ehtiyac olarsa, müvafiq qurum – penitensiar sistem təkcə Saakaşvilinin deyil, bütün məhbusların sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi edəcək”, – Kaladze bildirib.

Avropa Şurası Parlament Assambleyasının bir neçə üzvü tərəfindən imzalanan bəyannamədə deyilir ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin səhhətindən narahatdırlar.  Onların sözlərinə görə, Saakaşvilini təcili olaraq müasir klinikaya köçürmək lazımdır.

Bizimlə əlaqə saxlayın