Sürücülərin diqqətinə: Tbilisidə bu gün bu yol bağlanır
Rustaveli küçəsində planlaşdırılmış yığıncaq- manifestasiyadan irəli gələrək bu gün saat 14:00- dan etibarən yol nəqliyyat hərəkəti müvəqqəti olaraq dayandırılacaq. Avtomobil sürücüləri parlament binasının ərazisində olan alternativ yoldan istifadə etməli olacaqlar.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meriyasından məlumat verilib.
Meriyadan verilən açıqlamaya görə , Melikişvili küçəsindən azadlıq meydanınadək hərəkət edən avtomobillər Lesia Ukrainka, Jvania və Çitadze küçələrindən, lakin əks istiqamətdə hərəkət edən avtomobillər isə Purçeladze, Tabukaşvili və Gorgadze küçələrindən istifadə edəcəklər.
Rustaveli küçəsində ictimai nəqliyyatın hərəkəti sxemi müvəqqəti olaraq dəyişdirilir və hərəkətetmə aşağıdakı marşrutlarla mümkün olacaq:
N6,N14, N33, N 42, N52,N58, N 61, N87 VƏ N 150 nömrəli avtobuslar Barataşvili küçəsi istiqamətilə hərəkəti zamanı Rustaveli küçəsi əvəzinə Melikişvili küçəsindən Mixeil Cavaxişvili küçəsinə birləşəcəklər və Kür çayının sahilindən keçməklə Barataşvili küçəsinə istiqamətlənəcəklər. Əks istiqamətlə isə sözügedən marşrutlar Azadlıq meydanından dövrə vuraraq sağ istiqamətə keçəcəklər.
N 31 , N 37, və N 46 avtobus marşrutları “ Avlabari” metro stansiyası istiqamətilə hərəkət edəcəklər. Eləcə də Mixeil Cavaxişvili keçəsindən istifadə edərək sağ tərəfə keçərək Barataşvili küçəsində hərəkəti davam edəcəklər.
N 145 mikroavtobus Azadlıq meydanına Melikişvili küçəsindən keçərək çata biləcəklər. Mixeil Cavaxişvili küçəsinin sağ tərəfindən keçərək Tabukaşvili küçəsinə çatdıqdan sonra hərəkəti adi qaydada davam edəcəklər.


