23 
Iyn
2022
16:10
281

Avropa Parlamenti Ukrayna və Moldovaya namizəd statusunun verilməsini dəstəkləyib, Gürcüstana isə lazımi islahatlardan sonra namizəd statusunun verilməli olduğunu bildirib

"Qanun layihəsi 2 aydan çox davam edəndə irad tuta bilməzlər və nəticədə beynəlxalq standartlara və Strasburq praktikasına tam uyğun olan qanun layihəsi qəbul olunur, ancaq yenə veto qoyurlar, bu vetoda nə yazıldığı mənə çox maraqlıdır. Qanuni heç nə yazıla bilməz, ona görə də prezidentin bu qərarı tamamilə anlaşılmazdır".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze prezidentin veto qoyduğu dinləmələr haqqında qanun layihəsi ilə bağlı bildirib.

O bildirib ki, prosessual olaraq parlament borcudur ki, əvvəlcə prezidentin iradlarına, sonra isə qanun layihəsinə yenidən baxsın.

“Biz bu qanun layihəsinin birinci oxunuşda müzakirəsinə təxminən 3 ay əvvəl başlamışıq.  Həm komitədə, həm də plenar iclasda adi müzakirə oldu. Sonra xarici tərəfdaşlardan 2 həftəlik möhlət tələbi oldu, biz bunu nəzərə aldıq, müxalifət, xarici tərəfdaşlar, QHT-lər də daxil olmaqla, hər kəsə əlavə 2 həftə, ümumilikdə 1 ay vaxt verdik ki, öz irad və şərhlərini bildirsinlər. Heç bir şərh təqdim edilmədi. Üstəlik, ikinci dinləmə keçiriləndə parlamentdə müxalifətin çıxışı olmadı, sual verilmədi. Bundan sonra bu müzakirə üçüncü iclasa qədər davam etdi və heç bir irad bildirilmədi.

Parlament əvvəlcə prezidentin iradlarını, sonra isə ilkin qanun layihəsini nəzərdən keçirməlidir. Təbii ki, ilk növbədə iradlarla tanış olmaq bizim borcumuzdur.

Çox sadə qanun layihəsidir.  Onlar 2 ay ərzində bir dənə də olsun irad təqdim etmədikdə, bu o deməkdir ki, qanun layihəsi təmizdir və parlamentin suverenliyi prinsipinə əsaslanaraq parlament müzakirəni davam etdirməyə borcludur”, - İrakli Kobaxidze bildirib.

Xatırladaq ki, prezident gizli istintaq tədbirlərinin aparılması haqqında qanun layihəsinə veto qoyub.  Salome Zurabişvilinin brifinqdə bildirdiyinə görə, o, qarşıdakı 6 ay ərzində yanlış istiqamətdə qəbul ediləcək bütün qanunlara veto qoyacaq.

Bizimlə əlaqə saxlayın