22 
Iyn
2022
15:21
538

Gürcüstanda dizel yanacağı niyə bahalaşır?

Gürcüstanda son bir həftə ərzində dizel yanacağının qiyməti bahalaşıb. Markalı yanacaqdoldurma məntəqələrində dizel yanacağının bir litrinin qiyməti 4,40 larini keçib.

 lnterPress.ge xəbər verir ki, bu barədə Neft İdxalçıları Birliyinin sədri Vano Mtvralaşvili bildirib.

 O qeyd edib ki, “Gürcüstanda dizel yanacağı qıtlığı yaranıb” bu, bir neçə amillə, o cümlədən Azərbaycan və Rusiyadan idxalın xeyli gecikməsi ilə bağlıdır.

“Bu gün bizə dizel yanacağının əsas tədarükçüsü Azərbaycandır. Son 2 həftədir ki, Azərbaycan bizi dizel yanacağı ilə təmin edə bilmir, bunun əsas səbəbi Azərbaycanda neft emalı zavodunun yenidən təchiz edilməsidir. Bu gün bu məhsulun idxalının 40-45 faizi məhz Azərbaycandan həyata keçirilib. İkinci səbəb Rusiya Federasiyasından idxalın gecikməsidir. Rusiya işğalçı ölkə kimi hazırda müharibədədir və ona görə də bu yanacaq müharibə üçün istifadə olunur. Məhsul yığımı prosesi də davam edir ki, bu da öz növbəsində külli miqdarda dizel yanacağı tələb edir.

Son nəticədə bu iki amil Gürcüstanda dizel yanacağının qıtlığına və nəticədə qiymətlərin artmasına səbəb oldu. Aydındır ki, Gürcüstanın alternativ təchizatçılara keçmək imkanı var, lakin onların qiyməti xeyli bahadır”, - deyə Vano Mtvralaşvili bildirib.

Bizimlə əlaqə saxlayın