Biz gürcü xalqının yanındayıq və lazımi islahatların həyata keçirilməsində sizin tərəfdaşınız olacağımıza söz veririk.
InterPress.ge xəbər verir ki, bu, ABŞ səfirliyinin bəyanatında deyilir.
Səfirlik iyunun 20-də Tbilisinin Rustaveli prospektində keçirilən aksiyanın fotosunu yayıb.
“ABŞ Gürcüstanın Avro-Atlantik istəklərini dəstəkləməkdə davam edir. Biz gürcü xalqının yanındayıq və lazımi islahatların həyata keçirilməsində sizin tərəfdaşınız olacağımıza söz veririk", - səfirlik yazıb.
