21 
Iyn
2022
21:51
249

Viola fon Kamon: "Gürcüstan Avropadır, çünki xalqı bunu deyir"

"Aİ-nin qapısı sizin üzünüzə açıqdır. Ölkənizin taleyini təyin etmək səlahiyyətinə maliksiniz."

InterPress.ge xəbər verir ki, bu barədə  Alman avroparlamentar Viola fon Kamon Tbilisidə iyunun 20-də keçirilən "Evə- Avropaya" mitinqi ilə bağlı öz "Twitter" hesabında  deyib.

"Gürcüstan Avropadır, çünki xalqı bunu deyir! Bu, Avropa ürəyi, Avropa dəyərləri, Avropa gələcəyi olan bir millətdir. Heç bir siyasi partiya və ya xarici ölkə bunu dəyişə bilməz", - fon Kramon Twitterdə yazıb.

Avropa Parlamentinin deputatı videomüraciət də yayıb və burada gürcülərin azadlıqsevər xalq olduğunu və uzun müddət Avropa dəyərlərinin tərəfdarı olduğunu qeyd edib.

"Əziz gürcülər, mən şadam ki, bu möhtəşəm toplantı sizin səylərinizin nəticəsidir. Siz ölkənizdə Avropa dəyərlərinə güclü dəstək verən- Gürcüstanı Avropaya inteqrasiya yolunda görmək istəyən, Avropa dəyərlərini bizimlə paylaşan hər kəs üçün. Siz azadlıqsevər xalqsınız. Siz çoxdan Avropa dəyərlərinin tərəfdarısınız və bunu hamımız bilirik. Bu yolda hər bir cəhdinizdə sizi dəstəkləyirik. Allah Gürcüstanı qorusun! "Salam Avropa!", - Avropa Parlamenti bildirib.

Bizimlə əlaqə saxlayın