21 
Iyn
2022
10:59
176

Gürcüstanda bu qədər Rusiya şirkəti qeydiyyatdan keçib

"Qonşu ölkələrin şirkətləri Azad Ticarət Sazişindən faydalanmaq üçün Gürcüstana köçür".

lnterPress.ge xəbər verir ki, bu barədə bir neçə gün əvvəl Kiçik və Orta Müəssisələr Assosiasiyasının rəhbəri Mixeil Çelidze məlumat verib.

Qonşu ölkələrin nümayəndələrinin Gürcüstanda kifayət qədər fəal şəkildə bizneslə məşğul olmaları statistik məlumatlarla sübuta yetirilir. Təkcə 2022-ci ilin yanvar-may aylarında ölkədə qonşu ölkələrdən 800 sahibkarlıq subyekti qeydiyyatdan keçib, onlardan yalnız 101-i gürcü təsisçisi ilə birgə olub.

Milli Statistika İdarəsinin təqdim etdiyi məlumatlara görə, 5 ayda ən çox sahibkarlıq subyektləri Rusiyadan, ikinci yerdə Türkiyə, üçüncü yerdə Azərbaycan və nəhayət, Ermənistandan qeydiyyatdan keçib.

2022-ci ildə təsisçi ölkələr (Gürcüstan qonşusu) üzrə Gürcüstanda qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin sayı, o cümlədən yerli nümayəndə ilə:

Rusiya - 409 (o cümlədən qarışıq - 55 ədəd)
Türkiyə - 281 (o cümlədən qarışıq - 34 ədəd)
Azərbaycan - 74 (o cümlədən qarışıq - 5 ədəd)
Ermənistan - 36 (o cümlədən qarışıq - 7 ədəd)

Bizimlə əlaqə saxlayın