20 
Iyn
2022
14:26
1235

Gürcüstan Prokurorluğu Ləmbəli kəndində baş verən hadisə ilə bağlı bəyanat yayır

Gürcüstan Prokurorluğu iki nəfəri ləyaqəti alçaldan rəftara görə ittiham edib.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Məlumata görə, istintaq zamanı məlum olub ki, T.Q. və E.D. başqa şəxslərlə birlikdə cinsi ayrı-seçkilik zəminində X.C.-yi alçaldıcı vəziyyətə salmaq və kənd sakinlərinin gözü qarşısında alçaltmaq qərarına gəliblər.

Təqsirləndirilən şəxslər niyyətlərini həyata keçirmək üçün 16 sentyabr 2014-cü il tarixdə Saqareco rayonunun Ləmbəli kəndində X.C.-yi zorla avtomobildən çıxararaq şifahi və fiziki təzyiq ediblər. Bundan sonra təqsirləndirilən şəxslər X.C.-yi kənd əhalisinin gözü qarşısında alçaltmaq niyyəti ilə azaldlıqdan məhrum ediblər, onun iradəsinə zidd olaraq avtomobilə mindirərək kəndin mərkəzinə aparıblar. Təqsirləndirilən şəxslər kənd sakinlərinin iştirakı ilə X.C.-nin ünvanına alçaldıcı ifadələr işlətmiş və nalayiq davranışa görə cəzalandırılmalı olduğunu bildirmişlər. Onlar gender ayrı-seçkiliyi zəminində hərəkət ediblər və ona təsir etmək və onun taleyinə nəzarət etmək hüququna malik olduqlarına inanıblar.

Cinayətkar dəstə üzvlərinin əməlləri zərərçəkmiş şəxsin mənəvi iztirablarına səbəb olub, nəticədə o, 2014-cü il sentyabrın 18-də intihar edib.

Hər iki şəxs Gürcüstan Cinayət Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinin “E” və “V” bəndləri (gender bərabərliyini pozmaqla qrup halında ləyaqəti alçaldan rəftar) ilə ittiham olunublar və burada dörd ildən altı ilə qədər həbs cəzası nəzərdə tutulur. 

Hər iki təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Burada ictimaiyyətin nəzərinə çatdırmaq istərdik ki, 27 aprel 2022-ci il tarixində bu iş üzrə üç nəfərə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsinin “Q” və 3-cü hissəsinin “A” bəndləri ilə və 144-cü maddənin ikinci hissəsinin "E" və "V" yarımbəndləri ilə ittiham irəli sürülüb. Artıq hər üçü barəsində həbs-qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər