Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Daxili İşlər Nazirliyinin əməkdaşları Kutaisidə bir nəfəri saxlayıb

476
Daxili İşlər Nazirliyinin əməkdaşları Kutaisidə bir nəfəri saxlayıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin İmereti, Raça-Leçxumi və Kvemo Svaneti rayon Polis Şöbəsinin əməkdaşları əvvəllər dəfələrlə məhkum olunmuş 1985-ci il təvəllüdlü şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin İmereti, Raça-Leçxumi və Kvemo Svaneti rayon Polis Şöbəsinin əməkdaşları əvvəllər dəfələrlə məhkum olunmuş 1985-ci il təvəllüdlü şəxsi saxlayıblar. 

InterPress.ge xəbər verir ki, istintaq orqanının məlumatına görə, cinayət 7 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

"İstintaq müəyyən edib ki, bu il iyunun 16-da Kutaisi şəhəri, Parnavaz Mepe küçəsində keçmiş münaqişə zəminində təqsirləndirilən şəxs qonşusu, 1979-cu il təvəllüdlü şəxsi ov tüfəngi ilə qətlə yetirib. Yaralı xəstəxanaya aparıldıqdan az sonra dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində o, Kutaisidə təqsirləndirilən şəxs qismində həbs edilib. 

Cinayət qəsdən adam öldürmə faktı Gürcüstanın Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →