19 
Iyn
2022
11:51
747

“InterPress.ge”nin təşkil etdiyi jurnalistika kursunun iştirakçıları Gürcüstan Jurnalist Etikası Xartiyasında semina görüş keçirdi - FOTO

18 iyun tarixində “InterPress.ge”nin təşkil etdiyi jurnalistika kursunun iştirakçıları Gürcüstan Jurnalist Etikası Xartiyasının əməkdaşları seminar görüş keçirib.

InterPress.ge xəbər verir ki, görüş zamanı Gürcüstan Jurnalist Etikası Xartiyasının sədri Tamar Ruxadze və Xartiyanın üzvü Giorgi Mkeladze iştirakçılara media etikası haqqında təlim həyata keçirib. 

Təlimçilər iştirakçılara ilk öncə Gürcüstan Jurnalist Etikası Xartiyasının yaranma tarixi və media etikanın jurnalistlərin  peşə həyatında öz səlahiyyətlərini düzgün şəkildə yerinə yetirmək üçün önəmli rol oynadığından danışıb.

“Gürcüstan Jurnalist Etikası Xartiyası  4 dekabr 2009-cu ildə, 137 jurnalistin ümumi təşəbbüsi ilə təsis edilmişdir. Gürcüstanda fəaliyyət göstərən  137 jurnalist media etikanın əsasını təşkil edən 11 prinsipə imza ataraq, ölkəmizdə ilk dəfə media etikanın əsasını qoyublar. Xartiyanın yaranmasından artıq 13 il keçir və bu gün təşkilatın 360 üzvü var.” – Tamar Ruxadze qeyd edir.

Tamar Ruxadzenin sözlərinə görə, təşkilatın əsas missiyası media sahəsində peşəkar və etik standartların qorunması və özünütənzimləmə mexanizmlərinin yaradılması yolu ilə medianın ictimai məhsulliyyətini  artırmaqdır.

“Medianın çox böyük gücü var ve o öz fəalliyəti ilə bizim gündəlik həyatımıza təsirini göstərir.  Bu gücdən irəli gələrək media sahəsində işləyən şəxlərin cəmiyyət qarşısında məhsuliyyəti var və onlar öz güclərini cəmiyyətin firəvanlığı üçün istifadə etməlidirlər. Ancaq məyus edici haldır kı, bəzən jurnalistlər jurnalistika peşə etikasını pozur və öz fəalliyyətləri  ilə cəmiyyətə  ziyan vururlar.  Məhz Gürcüstan Jurnalist Etikası Xartiyasının əsas məqsədi odur ki, 11 prinsipə dayanan media etika nizamnaməsinə əsasən  medianın öz gücünü tənzimləmək və  onların cəmiyyət qarşısında məhsulliyyətini artırmaqdır. Media materiallarında etik qayda pozuntularına yol verildiyini düşünən istəlinən bir şəxs  xartiyaya müraciət edə bilər və həmin materialın müəllifini xartiyaya, nizamnamədə mövcud olan 11 prinsipə əsasən şikayət edə bilər.” – T.Ruxadze bildirdi.

Qeyd edək ki, Jurnalist Etikası Xartiyası  öz missiyası çərçivəsində jurnalistlər tərəfindən peşə standartlarının pozulması faktlarını qəbul etmək  və araşdırmaqdan əlavə,  jurnalistlərin peşəkarlığının artırılması üçün maarifləndirici fəaliyyətlə məşğul olur.  Yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.  Jurnalist etikası normalarını  cəmiyyətdə təbliğ edir və Media monitorinqi aparır. Jurnalistlərin hüquqlarının müdafiəsi, sağlam və azad medianın  yaradılması üçün əlverişli  mühit yaradır.

Görüşün digər təlimçisi və xartiyanın üzvü  Giorgi Mkeladze isə kurs iştirakçılarına təşkilatın idarə edilməsi sturukturası haqqında məlumat bölüşdü.

“Xartiya icraçı direktoru təyin edən 9 nəfərdən ibarət Şura tərəfindən idarə olunur.  Onlar şurada jurnalistlərin ünvanına verilən şikayətlərə baxılaraq, müzakirə edirlər və yekun qərar alırlar. Şuraya seçilən 9 üzvü  ümumi yığıncaqda, səs vermə yolu ilə 360 üzv jurnalistləri tərəfindən 3 il müddətinə seçilir”, - Mkeladze bildirdi.

Layihə rəhbəri Nahid Qurbanov Xartiyanın əməkdaşlarına InterPress.ge tərəfindən həyata keçrilən 3 aylıq jurnalistika kursunun yaradılma məqsədi haqqında məlumat verildi.  

Həmçinin bildirildi ki, 3 aylıq jurnalistika kursu Azərbyacan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə həyata keçrilir.

Xartiyanın sədri Tamar Ruxadze 3 aylıq jurnalistika kurslarının təşkilini müsbət qarşıladı və bu layihənin gələcək jurnalistlər üçün çox faydalə və önəmli olduğunu bildirdi.

InterPress.ge oxucularına əlavə olaraq 11 prinsipdən ibarət olan media etika nizamnaməsini paylaşırıq.

Prinsip 1.

Jurnalist həqiqətə və ictimaiyyətin düzgün məlumat almaq hüququna hörmət etməlidir.

Prinsip 2.

Jurnalisti peşə fəaliyyətində vicdanına zidd hərəkətlərə və ya fikir bildirməyə məcbur etmək yolverilməzdir.

Prinsip 3.

Jurnalist yalnız təsdiqli mənbəsi olan faktlara əsaslanaraq məlumat verməlidir.

Prinsip 4.

Jurnalist məlumat, foto və ya sənəd əldə edərkən yalnız dürüst və ədalətli üsullardan istifadə etməlidir.

Prinsip 5.

Kütləvi informasiya vasitələri ictimaiyyəti çaşdıran, dərc olunmuş maddi cəhətdən qeyri-dəqiq məlumatları düzəltməyə borcludur.

Prinsip 6.

Məxfi olaraq əldə etdiyi məlumatın mənbəyini açıqlamamaq jurnalistin mənəvi məsuliyyətidir.

Prinsip 7.

Jurnalist media tərəfindən ayrı-seçkiliyi təşviq etməyin təhlükəsini dərk etməlidir; Ona görə də irqinə, cinsinə, cinsi oriyentasiyasına, dilinə, dininə, siyasi və ya digər əqidəsinə, milli və ya sosial mənşəyinə və ya hər hansı digər əlamətə görə hər hansı bir şəxsə qarşı ayrı-seçkiliyin qarşısını almaq üçün hər şey edilməlidir.

Prinsip 8.

Jurnalist uşağın hüquqlarını qorumağa borcludur; Peşəkar fəaliyyətinizdə uşağın maraqlarına üstünlük verin, uşaqlar haqqında onlara zərər verəcək məqalələr, reportajlar hazırlamayın və dərc etdirməyin. Jurnalist onun və ya hər hansı digər yeniyetmənin rifahı ilə bağlı məsələlərdə valideynin və ya qəyyumun razılığı olmadan 16 yaşına çatmamış yeniyetmənin şəklini çəkməməli və müsahibə almamalıdır.

Prinsip 9.

Redaksiya materialları marketinq, reklam və sponsorların maliyyələşdirdiyi materiallardan kəskin şəkildə ayrılmalıdır.

Prinsip 10.

Jurnalist insanın şəxsi həyatına hörmət etməli, xüsusi ictimai maraq olmadığı halda onun şəxsi həyatına müdaxilə etməməlidir.

Prinsip 11.

Aşağıdakı əməllər jurnalist tərəfindən ən ağır peşə cinayəti hesab edilməlidir:

Faktın qəsdən təhrif edilməsi;

Peşəkar fəaliyyətə təsir etmək müqabilində hər hansı rüşvət, hədiyyə və ya digər fayda almaq;

Plagiat.

Bizimlə əlaqə saxlayın