18 
Iyn
2022
22:12
383

Batumidə avtomobil azyaşlı piyadaları vurub- ölən və yaralanan var

Batumidə avtomobil qəzası nəticəsində bir azyaşlı uşaq ölüb, biri isə yaralanıb. 

InterPress.ge xəbər verir ki, yaralı Batumi Ana və Uşaq Tibb Mərkəzinə yerləşdirilib.

Həkimlərin sözlərinə görə, uşaq müayinə olunur.

Əldə olan məlumata görə, avtomobil kiçik piyadaları vurub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin insan ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmanın altıncı hissəsi ilə araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın