18 
Iyn
2022
13:48
1348

Gürcüstan ən çox gəliri hansı ölkənin səyahətçilərindən əldə edib?

2022-ci ilin may ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə Gürcüstanda beynəlxalq səyahətlərdən əldə olunan gəlirlər təxminən 3,5 dəfə artıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat dərc edib.

 Məlumata görə bu ilin may ayında xarici səyahətçilərdən əldə edilən gəlir 258,6 milyon dollar təşkil edib, halbuki bir il əvvəl bu rəqəm 73,8 milyon dollar olub. 2020-ci ilin may ayında isə səyahət gəliri 9,1 milyon dollar olub.

Qeyd etmək lazımdır ki, son 2 ildə belə aşağı göstərici koronavirus pandemiyası və səyahət məhdudiyyətləri ilə bağlıdır.

2022-ci ilin son aylarının statistikasına gəlincə, məlumatına görə, Gürcüstan beynəlxalq səyahətlərdən apreldə- 188,6 milyon dollar, martda – 174,5 milyon dollar, fevralda – 105,2 milyon dollar, yanvarda isə - 114 milyon ABŞ dolları əldə edib.

Ölkələr üzrə xərclərə gəlincə, Milli Bankın məlumatına görə, ölkə ən çox gəliri may ayında Rusiya vətəndaşlarından əldə edib – 46,2 milyon ABŞ dolları, ikinci yerdə Belarusiya gəlir – 28,6 milyon dollar, üçüncü yerdə isə 25,1 milyon dollar gəlirlə Aİ-yə üzv ölkələr gəlir.

Digər ölkələrin siyahısı belədir:

Türkiyə - 25 milyon ABŞ dolları;

Ukrayna – 24,3 milyon ABŞ dolları;

İsrail – 23,1 milyon ABŞ dolları;

Səudiyyə Ərəbistanı – 11,7 milyon ABŞ dolları;

Ermənistan – 8,9 milyon ABŞ dolları;

Azərbaycan – 7,8 milyon dollar;

İran – 6,8 milyon ABŞ dolları.

 

 

 

 

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın