18 
Iyn
2022
10:30
2134

Gürcüstanda sərin hava bu tarixədək davam edəcək

Gürcüstanda sərin hava iyunun 22-dək davam edəcək.

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.

 Qərbi Gürcüstanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. İyunun 20-dək havanın temperaturu aran rayonlarında +23, +28, iyunun 20-də isə +28, +33 dərəcəyədək yüksələcək.

İyunun 18-i səhərdən 22-si səhərədək ayrı-ayrı ərazilərdə nisbətən qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +27, +32 dərəcə təşkil edəcək.

Qurumun məlumatına görə, iyunun 17-18-də Tbilisidə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. İyunun 19-21-də yalnız gecə və axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu +29, +31 dərəcə təşkil edəcək.

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər