17 
Iyn
2022
15:09
465

Oliver Varhey: Biz Gürcüstanda qütbləşmənin sona çatmasını, bütün siyasi partiyaların əməkdaşlığını və Aİ-nin vasitəçiliyi ilə imzalanmış sazişin həyata keçirilməsini görmək istəyirik

"Gürcüstana gəlincə, biz prioritetlərin əhatəli siyahısını tərtib etmişik, onların yerinə yetirilməsi əsasında demokratiya məsələsində namizəd statusunun verilməsi baxımından nəticələr əldə edə biləcəyik".

InterPress.ge xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Oliver Varhey Brüsseldə keçirilən brifinqdə bildirib.

Avropa komissarının qeyd etdiyinə görə, onlar Gürcüstan üçün xarakterik olan qütbləşmənin sonunu görmək istəyirlər.

“Biz ölkə üçün xarakterik olan qütbləşmənin sonunu görmək istəyirik. Biz bütün siyasi partiyaların əməkdaşlığını və Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmanın həyata keçirilməsini istəyirik. Buraya ədliyyə islahatları da daxildir, çünki bu saziş bu məsələni də əhatə edir.  Bizə korrupsiyaya qarşı mübarizədə də irəliləyiş lazımdır. Korrupsiyaya qarşı mübarizə orqanının müstəqilliyi təmin edilməlidir.  Bizə həmçinin mütəşəkkil cinayətkarlıqla mübarizəni gücləndirmək lazımdır, fəal, əsaslı istintaq, məhkəmə prosesi və etibarlı nəticələrə əsaslanan tarix lazımdır. Nəhayət, jurnalistlər üçün azad, peşəkar, plüralist və müstəqil media mühitini təmin etmək üçün fundamental hüquqlara ehtiyac var", - deyə o söyləyib.

Avropa Komissiyasının tövsiyəsinə əsasən, Ukrayna və Moldovaya namizəd statusu verilməlidir.

Gürcüstana gəlincə, Avropa Komissiyasının sədri Ursula fon der Layenin sözlərinə görə, Avropa Komissiyası Şuraya tövsiyə edib ki, Gürcüstana Avropa perspektivi verilsin.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər