Polşa Seysminin vitse-spikeri: Baş nazir Qaribaşvilinin verdiyi sözə baxmayaraq, növbəti dəfər prezident Saakaşvili ilə görüşməyimə rədd cavabı aldım
"Baş nazir Qaribaşvilinin baş nazir Moravetskinin yanında verdiyi sözə baxmayaraq, növbəti dəfə prezident Saakaşvili ilə görüşməyə rədd cavabı aldım. Ümumiyyətlə, demokratik yolla seçilmiş prezidenti həbs edib cəzalandırmaq Avropa demokratiyasının prinsiplərinə uyğun gəlmir".
InterPress.ge xəbər verir ki, bu barədə Polşa Seyminin vitse-spikeri Malqozata Qoşevska Vivamedi klinikasına gəldikdən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu, İkinci Dünya Müharibəsindən sonra demokratik yolla seçilmiş prezidentin Gürcüstan məhkəməsi tərəfindən mühakimə olunduğu ikinci haldır.
“Biz prezident Mixeil Saakaşvilinin saxlandığı xəstəxananın qarşısında görüşürük. Baş nazir Qaribaşvilinin baş nazir Moravetskinin iştirakı ilə mənə verdiyi sözə baxmayaraq, prezident Saakaşvili ilə görüşməyimə icazə verilmir. Ümumiyyətlə, demokratik yolla seçilmiş prezidenti həbs edib cəzalandırmaq Avropa demokratiyasının prinsiplərinə uyğun gəlmir. Mixeil Saakaşvili demokratik yolla seçilmiş prezident idi və bu, İkinci Dünya Müharibəsindən bəri ikinci dəfədir ki, demokratik yolla seçilmiş prezident Gürcüstan məhkəməsi tərəfindən ittihamlarla həbs edilib. Əgər dövlət və məhkəmə ölkənin birinci şəxsinə hörmət göstərmirsə, ölkədə sıravi adam nə etməlidir? Bunu Avropada, xüsusən də ölkənin gələcəyinin təhlükə altında olduğu bir şəraitdə necə qəbul etmək olar? Gürcüstan cəmiyyəti Avropa cəmiyyətinə qoşulmaq və inteqrasiya etmək tərəfdarı olan mütləq çoxluğa malikdir”, - deyə Malqorzata Qoşevska bildirib.


