17 
Iyn
2022
12:07
2338

Polşa Seyminin üzvü: Bir gürcü oliqarxına görə Gürcüstanın üçüncü prezidenti ölür

“Bir gürcü oliqarxına görə Gürcüstanın üçüncü prezidenti ölür".

InterPress.ge xəbər verir ki, bunu Polşa Seyminin marşal müavini Malqojata Qoşevska Tbilisi Beynəlxalq Qadınlar Konfransında deyib.

Qoşevska birbaşa deyib ki, Mixeil Saakaşvilinin xaricə köçürülməsinə və müalicəsinə icazə verilməməsi “barbarlıqdır”.

Onun sözlərinə görə, Saakaşviliyə münasibətin Avropa dəyərləri ilə heç bir əlaqəsi yoxdur. Malqojata Qoşevska qeyd edib ki, üçüncü prezidentə qarşı irəli sürülən ittihamlar o qədər absurddur ki, heç bir Avropa məhkəməsi bu iş üzrə mühakiməyə başlamaz.

"Keçmiş prezident Mixeil Saakaşvili hazırda Gürcüstan həbsxanasında pis vəziyyətdədir.  Bu, Avropada İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, prezident öz ölkəsində məhkəmə tərəfindən mühakimə olunur. Ona qarşı irəli sürülən ittihamlar o qədər absurddur ki, heç bir Avropa məhkəməsi bu iş üzrə mühakiməyə başlamaz. İndi ittihamlardan danışmayacağam, daha çox insanlığa diqqət yetirəcəyəm. Gürcüstan hökuməti beynəlxalq həkim qrupunun keçmiş prezidenti tibb müayinəsindən keçirməsinə icazə verməkdən imtina edib.  Onun xaricdə humanitar əsaslarla müvafiq müalicə kursu alması da mümkün deyil. Bu, Avropa dəyərlərinə heç bir aidiyyatı olmayan barbarlıqdır.  Bir gürcü oliqarxının qərarı ilə bu ölkənin keçmiş prezidenti olan bir şəxs bütün dünyanın gözü qarşısında ölür.  Biz bununla barışmamalıyıq", - deyib Malqoja Qoşevska.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər